“Qarabağ” Aleksey İsayevi transfer etdi

4 Yanvar 2024 22:35

"Qarabağ" qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ölkə çempionu "Sabah"ın oyunçusu Aleksey İsayevi transfer edib.

Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

O, 2020-2023-cü illərdə "Sabah"ın formasını geyinib. İsayev bunadək Rusiyada "Yenisey" (2014-16, 2017-18) və "Zenit-2" (2016-18), ölkəmizdə "Sumqayıt"da (2018-20) çıxış edib.

Milli.Az