Hindistan Kiyevə mərmi verib? – Açıqlama

4 Yanvar 2024 19:22

Hindistan Kiyevə artilleriya mərmiləri tədarük etməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Bu məsələ ilə bağlı mətbuatda da yazılanları gördük. Amma biz bu informasiyanı qəti şəkildə rədd edirik", - məlumatda bildirilib.

Qeyd edək ki, Hindistanın "EurAsian Times" nəşri ölkəni Ukrayna-Rusiya müharibəsində tərəf tutmaqda ittiham edib. Eyni zamanda, Ukrayna ordusunun Hindistan istehsalı olan artilleriya mərmilərindən istifadə etməsi ilə bağlı videolar yayımlanıb.

Milli.Az