İstanbulda dəhşətli olay - Şagirdləri daşıyan avtobus qaçırıldı

4 Yanvar 2024 16:32

Türkiyənin İstanbul şəhərinin Kadıköy ərazisində 10 şagird  və stüardessanın olduğu avtobus naməlum şəxs tərəfindən qaçırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, servis maşını işıqforda dayanarkən naməlum şəxs sürücüyə arxa təkərinin partladığı barədə xəbərdarlıq edib.

Servis sürücüsü təkəri yoxlamaq üçün avtomobilin arxasına keçən zaman həmin şəxs sükana əyləşərək avtomobili qaçırıb.

Əvvəlcə şagirdləri servisdən düşürən şəxs sonradan Pendik yaxınlığında avtomobili tərk edərək piyada qaçıb.

Hazırda şübhəli polis qrupları tərəfindən axtarılır.

Şagirdlərin səhhətinin isə yaxşı olduğu bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun