Qış transfer pəncərəsi zamanı Səudiyyə Ərəbistanı çempionatına çox sayda transfer baş tutmayacaq.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Jurnalist Ben Yakobs məlumat yayıb.
Onun sözlərinə görə, ərəb klubları ötən yay transfer büdcəsinin böyük hissəsini xərcləyib. Ümumilikdə Səudiyyə Ərəbistanı dövləti 2030-cu ilə qədər futbolun inkişafı üçün liqa klublarına 17 milyard funt-sterlinq ayırıb. Bu səbəbdən növbəti transfer addımları diqqətlə atılacaq.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatında əcnəbi oyunçu limitinin 8-dən 10-a qaldırılmasına qərar verilib. Lakin bu dəyişiklik yalnız yeni mövsümdən qüvvəyə minəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun