Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Dədə Qorqud küçəsi ilə Ş.İ.Xətai küçəsinin kəsişməsində qeydə alınıb.
Belə ki, "VAZ-2107" markalı avtomobillə "HONDA" markalı maşın toqquşub.
İlkin məlumata görə, qəza zamanı hər iki sürücü - Natiq Budaqov və Xəyal adlı şəxs xəsarət alıb.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun