"Zirə" hücumçusunu yola saldı

4 Yanvar 2024 11:02

"Zirə" klubu ukraynalı futbolçusu Vladislav Kulaçla vidalaşıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, məlumatı "Sport.ua" yayıb.

2023-cü ilin əvvəlində paytaxt təmsilçisinə keçən 30 yaşlı hücumçu azad agent statusu alıb.

Qeyd edək ki, Kulaç "Zirə"nin formasıyla Misli Premyer Liqası və Azərbaycan Kubokunda 24 oyuna çıxaraq 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun