Messidən Ronaldinyonun paylaşımına qəribə reaksiya - FOTO

4 Yanvar 2024 09:31

"Barselona"nın sabiq hücumçusu Lionel Messi Kataloniya klubunun digər keçmiş futbolçusu Ronaldinyonun paylaşımına zarafatla münasibət bildirib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Ronaldinyo məşq etdikdən sonra çəkilmiş şəklini paylaşıb və belə yazıb:

"Daha tətil yoxdur. İşləmək vaxtıdır. Bu macəranın növbəti fəsillərini tezliklə elan edəcəyəm".

"Necə bir foto! Oh, bu gəzintilər, paltardəyişmə otağından La Masiyaya (Barselona akademiyası - red.) qəhvə ilə... Ha ha ha", - Messi Ronaldinyonun paylaşımına şərh yazıb.

Xatırladaq ki, Ronaldinyo 2003-2008-ci illərdə "Barselona"da çıxış edib. Messi 2005-ci ildə "Blaugrana"nın əsas komandasında debüt edib.

Kataloniya klubunda bütün turnirlərdə 207 oyuna çıxan braziliyalı hücumçu 94 qol vurub, 70 məhsuldar ötürmə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun