Ötən il bu ölkədə rekord sayda qətl qeydə alınıb

4 Yanvar 2024 09:51

Kosta Rikada 2023-cü il ən çox qətllərin törədildiyi il kimi qeydə alınıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Ölkənin Məhkəmə İstintaqı Təşkilatının hesabatına görə, ordusu olmayan ölkədə quldur dəstələri arasında baş verən qarşıdurmalar nəticəsində xeyli sayda insan həyatını itirib.

Hesabatda 907 nəfərin qətlə yetirildiyi ötən ilin ölkə tarixində ən ağır il olduğu bildirilib.

2022-ci ildə Kosta-Rikada 654 nəfər öldürüldüyü halda, bu il həin rəqəmin 900-ə çatması ölkədə narahatlıq yaradıb.

Əhalisinin sayı 5 milyonu keçən ölkədə təhlükəsizlik tədbirləri yenidən müzakirə olunur. Yerli hakimiyyət Mərkəzi Amerikanın ən təhlükəsiz ölkəsinin imicinin qorunmasına çalışır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun