“Arsenal”ın yarımmüdafiəçisi Türkiyə klubuna keçə bilər

5 Yanvar 2024 04:05

London "Arsenal"ının yarımmüdafiəçisi Mohamed Elneni yaxın vaxtlarda klubunu dəyişə bilər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Elneni qış transfer pəncərəsində İngiltərə klubundan ayrılmağı düşünür.

Türkiyə çempionatından bir neçə komanda yarımmüdafiəçiyə iddialıdır. Onların arasında "Beşiktaş" və "Trabzonspor" da var. Artıq hər iki klub futbolçuya təklif göndərib.

Xatırladaq ki, 31 yaşlı Elneni 2016-cı ildən "Arsenal"da çıxış edir. Onun ingilis klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin iyununa qədərdir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun