İsrail səfiri İrəvanda Njdenin şərəfinə keçirilən aksiyanı pislədi

4 Yanvar 2024 01:34

İsrailin Ermənistan və Moldovadakı səfiri Coel Lyon nasistlərin İrəvanda Qaregin Njdenin şərəfinə keçirdiyi aksiyanı pisləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə diplomat X platformasında yazıb.

"Nasistlərlə əməkdaşlıq edən Qaregin Njdenin təriflənməsi qəbuledilməzdir! Ermənistan hakimiyyəti açıq şəkildə nasizm və antisemitizmin bütün formalarına qarşı çıxmalıdır", - nəşr yazır.

Qeyd edək ki, İrəvanda erməni nasistləri faşistlərlə əməkdaşlıqda ittiham olunan nasist Qaregin Njdenin doğum günü şərəfinə yürüş keçirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun