Husilər fransız ticarət gəmisinə hücum etdilər

3 Yanvar 2024 22:40

Yəmənin "Ənsar Allah" üsyançı hərəkatının üzvləri (husilər) Fransanın CMA CGM şirkətinin "Tage" ticarət gəmisinə hücum ediblər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariaya istinadən məlumat yayılıb.

"Yəmən Hərbi Dəniz Qüvvələri işğal olunmuş Fələstinin limanlarından birinə gedən CMA CGM "Tage" gəmisinə qarşı məqsədyönlü əməliyyat keçirib", - Saria izah edib.

Onun sözlərinə görə, ekipaj Yəmən donanmasının xəbərdarlıqlarına cavab verməkdən imtina edib.
O əlavə edib ki, husilər İsrailə gedən gəmilərə hücumları davam etdirəcəklər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun