İran Prezidenti Türkiyəyə səfərini ləğv etdi

3 Yanvar 2024 22:23

İran Prezidenti İbrahim Rəisi Kermanda baş verən terror aktından sonra Türkiyəyə səfərini ləğv edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi IRNA-ya açıqlamasında İbrahim Rəisinin Türkiyəyə səfərinin ləğv edildiyini və səfərin başqa vaxt baş tutacağını deyib.

Qeyd edək ki, İbrahim Rəisinin sabah Türkiyəyə səfəri planlaşdırılmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun