"Milan" icarəyə göndərdiyi futbolçusunu geri qaytardı

3 Yanvar 2024 21:19

"Milan" "Vilyarreal"a icarəyə göndərdiyi futbolçusu Mateo Qabbianı vaxtından əvvəl geri qaytarıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onun İspaniya təmsilçisi ilə müqaviləsi ləğv olunub. Bu qərar "Milan"ın mərkəz müdafiəçiləri Fikayo Tomori və Malik Tşaunun zədələri ilə bağlıdır.

Qeyd edək ki, 24 yaşlı oyunçu bu mövsüm "Vilyarreal"da ümumilikdə 13 oyuna çıxıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun