ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 34 trilyon dolları keçdi

3 Yanvar 2024 18:55

ABŞ Maliyyə Nazirliyinin statistikasına görə, dövlət borcunun həcmi ilk dəfə olaraq 34 trilyon dollar həddini keçib.

Milli.Az fins.az-a istinadən xəbər verir ki, statistika 1993-cü ildən başlayaraq məlumatları əks etdirir.

Hazırda ölkənin ümumi ödənilməmiş dövlət borcu 34 trilyon 1 milyard 493 milyon ABŞ dollarıdır.

Milli borcun əvvəlki rekord səviyyəsi - 33 trilyon dollar sentyabrın ortalarında qeydə alınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun