Nigeriyada silahlılar iki kənddə 15 nəfəri öldürüblər

3 Yanvar 2024 20:13

Bu həftə Nigeriyanın şimal-şərqində ekstremist dəstənin üzvlərinin hücumu nəticəsində azı 15 nəfər həlak olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Çibok Rayon İnkişaf Assosiasiyasının rəhbəri Manasşe Allen məlumat verib.

"Yaraqlılar Yeni il günü Borno əyalətinin iki kəndinə hücum ediblər", - deyən M.Allen əlavə edib ki, şahidlərin sözlərinə görə, ekstremistlər bir neçə yük avtomobilində olub və Nigeriya nizami ordusunun formasını geyiniblər.

Səlahiyyətli qurumlar bölgəyə təhlükəsizlik qüvvələri göndərib. Hücuma görə hər hansısa radikal qrup məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun