Rusiya yalnız bu raketlərdən istifadə edəcək

3 Yanvar 2024 17:57

Rus ordusu uzun müddətdir ki, raketlər toplayır. İndi ruslar böyük ehtimalla vurulması çətin olan konkret raketlərin buraxılmasına diqqət yetirəcəklər.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Denis Popoviç deyib.

Ekspert vurğulayıb ki, payızda və qışın əvvəlində ruslar yalnız "Şahid" PUA-larından istifadə edib, kütləvi raket hücumlarına əl atmayıblar və bu müddətdə raket ehtiyatı yaradıblar.

Onun sözlərinə görə, ruslar çox güman ki, vurulması çətin olan raketlərə - ballistik "İsgəndər" və ya aeroballistik "Xəncər"ə arxalanacaqlar:

"Düşünürəm ki, onlar ballistik və aeroballistik raketlərdən istifadə etməyə davam edəcəklər ki, onlar özləri üçün seçdikləri hədəfləri mümkün qədər məhv edə bilsinlər".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun