Futbolçu oyun zamanı öldü

3 Yanvar 2024 17:38

Portuqaliyanın Maritimo və Anqola gənclər komandasının sabiq futbolçusu 20 yaşlı Pedro Banqa yoldaşlıq görüşü zamanı dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən bildirir ki,  məlumata görə, gənc futbolçu oyun zamanı bir anda yerə yıxılıb, onu dərhal xəstəxanaya aparıblar. Lakin həkimlər onu xilas edə bilməyiblər.

Qeyd edək ki, Banqa Anqola milli komandası üçün Afrika Kubokunda və 2019-cu ildə U17 Dünya Çempionatında iştirak etmişdi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun