“Zirə” braziliyalı hücumçu aldı

3 Yanvar 2024 16:01

Mövsümün ikinci yarısına hazırlaşan "Zirə" ilk transferini həyata keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rəşad Sadıqovun komandası "Qəbələ"nin sabiq futbolçusu Rafael Utrixlə anlaşıb.

Braziliyalı forvard yaxın günlərdə Azərbaycana gəlib müqavilə imzalayacaq.

Qeyd edək ki, Rafael Utrix 2020-2022-ci illərdə "Qəbələ"də çıxış edib. O, əyalət təmsilçisinin heyətində meydana çıxdığı 48 matçda 11 qola imza atıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun