Bayram tətilində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.
Bildirilir ki, bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq oturacaq tipli vaqonlardan ibarət ekspres sürət qatarı əlavə reysə cəlb edib. Belə ki, yanvarın 3-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlar tətil günlərində hər gün ənənəvi cədvəllə də hərəkət edəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun