Azərbaycan buna görə MDB ölkələrindən geridə qalır - AÇIQLAMA - FOTO

3 Yanvar 2024 14:40

"Azərbaycanda ali təhsilli insanların sayı çox deyil".

Milli.Az bildirir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O, bununla bağlı statistik məlumatları vurğulayıb:

"2022-ci əvvəlinə olan rəsmi rəqəmlərə görə, ölkədə 15 yaşdan yuxarı əhalinin hər 1000 nəfərindən cəmi 140 nəfər ali təhsillidir. 10 il öncə bu göstərici 125 nəfərə bərabər idi. Yəni, son 10 ildə 15 yaşdan yuxarı əhali arasında ali təhsillilərin sayı 12% artıb".

Ekspert bildirib ki, hazırda ali təhsil müəssisələrində təhsil alanların sayına görə Azərbaycan nəinki inkişaf etmiş ölkələrdən, MDB ölkələrindən də geri qalır:

"Rəsmi rəqəmlərə əsasən, Azərbaycan MDB ölkələri arasında əhalinin hər 10 min nəfərinə düşən tələbə sayına görə sonuncudur. 2022-ci əvvəlinə olan göstəriciyə görə, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 300 min nəfərə bərabərdir. Ölkədə ali təhsilli şəxslər isə iqtisadi fəal əhalinin cəmi 16.6% təşkil edir".

K.Əsədov həmçinin qeyd edib ki, ali təhsil göstəriciləri ilə bağlı fərqlər cinslər üzrə də müşahidə edilir. "Əgər iqtisadi fəal qadınların cəmi 14%-i ali təhsillidirsə, kişilər üçün bu göstərici 19%-ə bərabərdir", deyə o, yekunlaşdırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun