Polşadan şok: Ukrayna Rusiya ərazisinə zərbə endirməlidir

3 Yanvar 2024 13:32

Ukrayna hələ də Rusiya ilə bərabər şəraitdə mübarizə aparmaq üçün lazımi silahlara malik deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Polşa xarici işlər nazirinin müavini Vladislav Teofil Bartoşevski deyib.

O, Qərbi Kiyevə daha çox yardım göstərməyə çağırıb:

"Ukraynanın Rusiya ilə münaqişədə gec-tez uduzacağı mövqeyini bölüşmürəm. Kiyevin təkcə Krımda deyil, həm də Rusiyanın ərazisindəki hədəfləri vura biləcək daha yaxşı silahlara və raketlərə ehtiyacı var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun