Ukrayna 1 milyon dron alacaq

3 Yanvar 2024 13:23

Ukrayna Müdafiə Nazirliyi FPV pilotsuz təyyarələrinin ilk partiyalarını sifariş edib.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rustem Umerov yazıb.

Ümumən dövlət 2024-cü ildə ən azı bir milyon dron almağı planlaşdırır.

"İlk dəfə ordunun pilotsuz təyyarələrə tam real ehtiyacının dəqiq hesablanması və ümumiləşdirilməsi vacibdir. Biz səmərəli maddi-texniki təchizat, alış xərclərini azaltmaq və kifayət qədər sayda döyüş hissələri istehsal etmək üzərində işləyirik", - deyə Umerov yazıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun