HƏMAS Beyrutda 7 nümayəndəsinin öldürüldüyünü açıqladı

3 Yanvar 2024 00:12

İsrailin dron hücumu nəticəsində Livanın paytaxtı Beyrutda HƏMAS-ın yüksəksəviyyəli nümayəndələri olmaqla yeddi üzvü ölüb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə HƏMAS teleqramda bildirib.

Siyasi büro sədrinin müavini Saleh əl-Arurinin ölümünü etiraf edən Fələstin təşkilatı insidentdə ümumilikdə yeddi nümayəndəsinin həlak olduğunu açıqlayıb.

Onların arasında "İzzəddin əl-Qəssam" briqadasının komandiri Əbu Amer kimi tanınan Samir Fəndi də olub.

Xatırladaq ki, daha öncə Livan mətbuatında ölkənin paytaxtının şəhərətrafına dron hücumuna dair məlumat yayılmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun