Ukrayna yenə Belqorodu vurdu: ölən var

2 Yanvar 2024 19:41

Ukrayna ordusu Belqorod şəhərini yenidən raket atəşinə tutub. Hücum nəticəsində 1 nəfər ölüb, 5 nəfər isə yaralanıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib.

"Raketlərdən bəziləri mülki obyektlərə və yaşayış binalarına düşüb", - o vurğulayıb.

Qeyd edək ki, 30 dekabr 2023-cü ildə Ukraynanın Belqorod şəhərini atəşə tutulması nəticəsində 24 nəfər ölüb, 108 nəfər isə yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun