Rusiya Kiyevi "Xəncər"lə vurdu

2 Yanvar 2024 15:42

Rusiya ordusu səhər saatlarında Ukraynanın Xarkov və Kiyev şəhərlərini raket atəşinə tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Paytaxt Kiyev "Xəncər" raketi ilə vurulub. Raketlərdən biri yaşayış binasına düşüb.

Ölü və yaralılar haqqında hələlik rəsmi məlumat yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun