İlon Maskdan 2024-cü il üçün “çılğınlıq” proqnozu

2 Yanvar 2024 15:42

Amerikalı milyarder, "Tesla" və "Space X" şirkətinin sahibi İlon Mask 2024-cü il üçün gözləntilərini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə o, sahibi olduğu "X" sosial şəbəkə hesabında yazıb.

"Mənim proqnozum: 2024-cü il daha da çılğın olacaq", - deyə Mask istifadəçilərdən birinin yeni ildə nə gözlənildiyi barədə yazısını şərh edərkən bildirib.

Yeri gəlmişkən, qeyd edək ki, "Financial Times" 2024-cü ildə Maskın "X" sosial şəbəkəsinin iflasa uğrayacağını proqnozlaşdırıb. Qeyd edilir ki, biznesmen şirkət üzərində nəzarəti saxlamaq ümidi ilə reklamçılarla münaqişə fonunda müflis olduğunu elan edə bilər.

Eyni zamanda, "Bloomberg" Maskın 2023-cü ildə 95,4 milyard dollar qazandığını və dünyanın ən zəngin 500 adamı siyahısında liderliyini qoruduğunu bildirib. Bunda ona "SpaceX" və "Tesla" şirkətlərinin uğurları kömək edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun