Makron Fransa bayrağını təhqir etdi - FOTO

2 Yanvar 2024 14:28

Fransa prezidenti Emmanuel Makron Yeni il müraciəti zamanı Fransa bayrağını təhqir edib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu sözləri Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot sosial şəbəkədəki rəsmi səhifəsində bildirib.

Onun fikrincə, Fransa lideri ölkə bayrağını çox arxa plana keçirib.

"O necə cəsarət edir! Makronun arxasındakı Fransa bayrağı onun istəyi ilə yoxa çıxdı! Dövlət bayrağımızı yığışdıraq?!" - deyə siyasətçi qəzəblənib.

Əvvəllər illik müraciətlər zamanı Fransa bayrağı Makronun yaxınlığında yerləşirdi və bəzi illərdə onun yanında Aİ bayrağı da asılırdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun