Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın "Dinamo" klubu 3 futbolçu ilə yollarını ayırır.
Milli.Az report-a istinadən xəbər verir ki, Zaqreb təmsilçisini tərk edəcək oyunçulardan ikisi müdafiəçi, biri isə hücumçudur.
Ukraynalı Boqdan Mixayliçenko, uruqvaylı Xoakin Sosa, həmçinin, bosniya və herseqovinalı Luka Melano baş məşqçi Sergey Yakiroviçin göstərişi ilə mövsümün ikinci yarısında "Dinamo"da yer almayacaqlar. Melano Sloveniya klubu "Çelye" ilə ilkin razılığa gəlib. Mixayliçenko sabiq komandası "Anderlext"ə (Belçika) qayıdacaq. İcarə əsasında çıxış edən Sosa isə müqavilə ilə məxsus olduğu İtaliya "Bolonya"sına dönəcək.
"Dinamo"nun daha iki oyunçu ilə vidalaşması gözlənilir. Rəhbərlik indi də Mahir Emreli və iranlı Sadeq Moharrami ilə yolları ayırmağın planlarını qurur.
Qeyd edək ki, Mahir Emrelinin "Dinamo" ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun