Azərbaycanda maşın aşdı - xəsarət alanlar var

2 Yanvar 2024 09:05

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Səfikürd kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri 2005-ci il təvəllüdlü Nəsibov Əbdürrəhman, 2004-cü il təvəllüdlü Nəsibov Allahverdi və 2006-cı il təvəllüdlü Yolçuyev İbrahim müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun