Ronaldu anasına doğum günündə “Porsche” hədiyyə etdi - FOTO

2 Yanvar 2024 00:55

"Əl-Nasr" klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu anasına doğum günündə avtomobil hədiyyə edib.

Milli.Az "report"a istinadən bildirir ki, 38 yaşlı forvard ötən həftə sonu Madeyra adasına uçaraq 69 yaşı tamam olan anasına "Porsche" markalı avtomobil hədiyyə edib.

Qeyd edək ki, bu mövsüm Ronaldo Səudiyyə Ərəbistanı çempionatında 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib.

Ronaldo beşqat "Qızıl top"un sahibidir. Karyerası ərzində o, "Real Madrid"də oynayıb, klub tarixinin bombardiri olub, həmçinin "Mançester Yunayted", Turində "Yuventus" və "Sportinq Lissabon" kimi klublarda çıxış edib.

Milli.Az