“Silah hazırlanır, İranı partladacaqlar” – Şok iddia

1 Yanvar 2024 13:36

Amerikalı rejissor Oliver Stoun İsraillə bağlı diqqətçəkən iddia irəli sürüb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, İsrailin nüvə bombasının olduğunu, amma bir çoxlarının bundan xəbərsiz qaldığını iddia edən rejissor zənginləşdirilmiş urana yiyələnməyin kritik bir məsələ olduğunu deyib.

Stoun bildirib ki, İsrail zənginləşdirilmiş uran üçün çalışır.

"Zənginləşdirilmiş urana sahib olmaq istəyirlər. Onları maraqlandıran məhz budur. Bomba hazırlamaq istəyirlər, bununla İranı partladacaqlar", - rejissor vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun