“Əl-Qəssam” 2024-cü ilin ilk saatlarında Təl-Əvivi raket atəşinə tutub

1 Yanvar 2024 11:30

HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" Təl-Əvivə raket zərbələri endirib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, videogörüntülər yaraqlılara yaxın "Telegram" kanallarda yayımlanıb.

Mülki əhali arasında ölən və xəsarət alanlar barədə məlumat verilmir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun