KTMT-yə sədrlik Qazaxıstana keçib

1 Yanvar 2024 10:50

Yanvarın 1-dən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrlik Belarusdan Qazaxıstana keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, keçən ilin noyabrında Minskdə keçirilən sammitdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin prioritetlərini açıqlayıb.

Bu prioritetlər sırasına beynəlxalq terrorizm və ekstremizmə qarşı mübarizədə əməkdaşlıq, BMT və onun strukturları, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun