Tərtərdə ACI XƏBƏR: 18 yaşlı gənc və 15 yaşlı yeniyetmə...

1 Yanvar 2024 01:42

Tərtərdə 18 yaşlı gənc qətlə yetirilib, saxlanılan var.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milli.Az-a bildirilib ki, yanvar ayının 1-də saat 1 radələrində rayon ərazisində yerli sakin, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü Fuad Quliyev saxlanılıb. İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun