Ölkəmizin tərəqqisinin 2024-cü ildə də davam edəcəyinə əminik.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlamətdar olan 2023-cü il əhəmiyyətli hadisələrlə yadda qalır. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Ölkəmizin dayanıqlı inkişafı üçün yeni üfüqlər açan mühüm layihələr, iqtisadi əməkdaşlıqlar və əhəmiyyətli platformalar formalaşdırıldı. Bu tərəqqinin 2024-cü ildə də davam edəcəyinə əminik. Yeni təqvim ilinin gəlişi münasibətilə təbriklərimizi çatdırır, xoş ovqat, uğurlar və nailiyyətlər diləyirik", - nazir qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun