Gəlirləri rəsmiləşdirilməyən vergi ödəyicilərinə vergi yeni qaydada hesablanacaq

31 Dekabr 2023 16:13

Sabahdan gəlirləri rəsmiləşdirilməyən vergi ödəyicilərinə vergi yeni qaydada hesablanacaq.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, vergi ödəyicisi tərəfindən vergiyə cəlb edilən gəlirlər rəsmiləşdirilmədikdə, lakin gəlirdən çıxılan xərclərə dair əlaqəli məlumatlar mövcud olduqda vergi tutulan mənfəət (gəlir) 50 faiz həcmində rentabel nəzərə alınmaqla hesablanacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun