ABŞ Camal Qaşıqçının xanımına sığınacaq verdi

31 Dekabr 2023 15:39

ABŞ 5 il əvvəl öldürülən jurnalist Camal Qaşıqçının həyat yoldaşına siyasi sığınacaq verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, jurnalistin həyat yoldaşı Hanan Elatr ərinin ölümündən sonra ABŞ-a sığınmışdı.

Qeyd edək ki, ABŞ kəşfiyyat orqanları "Vaşinqton Post"un səudiyyəli köşə yazarı Camal Qaşıqçının Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın əmri ilə bu ölkənin İstanbuldakı Baş Konsulluğunda öldürüldüyü qənaətinə gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun