Qəzzada eskalasiya başlayandan bəri ölənlərin sayı 22 minə yaxınlaşıb

31 Dekabr 2023 15:18

Bu il oktyabrın 7-də Fələstinin radikal HƏMAS hərəkatı ilə İsrail arasında münaqişənin kəskinləşməsindən sonra Qəzza zolağında ölənlərin sayı 21 822 nəfərə çatıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Həmin dövrdə 56 451 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyinin verilənlərinə görə, təkcə son 24 saat ərzində azı 150 nəfər ölüb, 286 nəfər isə yaralanıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun