Bir çox kompüter köhnələcək - "Elektro tullantıların" miqdarı artacaq

31 Dekabr 2023 19:00

"Microsoft" şirkəti yaxın gələcəkdə "Windows 10" əməliyyat sistemini dəstəkləməyi dayandırmağı planlaşdırır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu proses isə bir çox kompüterlərin köhnəlməsinə və böyük miqdarda zibil yığılmasına səbəb ola bilər. 

Amerika şirkətinin qərarı 240 milyona yaxın lazımsız fərdi kompüterin yaranmasına səbəb olacağı ehtimal edilir. 

Mütəxəssislərin hesablamalarına görə, bu miqdarda elektron tullantıların ümumi kütləsi 480 milyon ton təşkil edəcək.

Ancaq bildirilir ki, əksər kompüterlər "Windows 10" dəstəyi başa çatdıqdan sonra işləməyə davam edə bilər.

Məlumata görə, bu yaxın gələcəkdə gözlənilmir. Təxmini 10 oktyabr 2028-ci ilə qədər qərar qüvvəyə minməyəvək. Bu vaxta qədər 10-cu əməliyyat sistemi üçün yeniləmələr cədvələ uyğun olaraq buraxılacaq. 

Nə qədər istifadəçinin "Microsoft"dan ƏS-in yeni versiyasına keçməyə hazır olacağı hələlik bəlli deyil. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun