Bosniya və Herseqovinanın mərkəzi hissəsində yerləşən Zenitsa şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ baş verib.
Milli.Az "Ölkə.az"-a istinadən xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 21:43-də olub. Zəlzələnin episentri Bosniya və Herseqovinanın Zenica şəhərindən 10 kilometr şimal-qərbdə qeydə alınıb.
Zəlzələ paytaxt Sarayevo başda olmaqla ölkənin bir çox şəhərində hiss olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun