Bakıda qətldə şübhəli bilinən şəxs saxlanıldı

31 Dekabr 2023 09:25

Dekabrın 30-da saat 23 radələrində paytaxtın Nəsimi rayonu ərazisində 1983-cü il təvəllüdlü Cabbarov Zamiq Zakir oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Əsədov Elvin Səyavuş oğlu saxlanılıb.

DİN-in mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun