Benzema Səudiyyə Ərəbistanı klubunun düşərgəsini tərk edib

30 Dekabr 2023 19:12

Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasının son iki məşqini buraxıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, 36 yaşlı hücumçu bu gün "Əl-Tai" ilə çempionat oyununda meydana çıxmayacaq.

Fransalı forvard "Əl-İttihad"in məskunlaşdığı Ciddə şəhərini də tərk edib. Onun niyə bu addımı atdığı açıqlanmayıb. Benzemanın klub rəhbərliyi ilə münaqişə yaşaya biləcəyi vurğulanıb.

Qeyd edək ki, futbolçu "Əl-Nəsr"ə 2:5 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabını silib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun