XİN: ABŞ Cənubi Qafqaza Rusiyaya qarşı “ikinci cəbhə” kimi baxır

30 Dekabr 2023 21:54

ABŞ Cənubi Qafqaza Rusiyaya qarşı "ikinci cəbhə" kimi baxır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "RİA Novosti"yə müsahibəsində bildirib.

"Vaşinqton uzun müddətdir gizlətmir ki, onlar Cənubi Qafqaza Rusiyaya qarşı "ikinci cəbhə" açmaq üçün meydan kimi baxırlar", - deyə diplomat bildirib.

"Bütün bunlar region xalqlarının real maraqlarına kökündən ziddir", - Mixail Qaluzin əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun