Bayrağımızı yandıran erməni işdən qovuldu

30 Dekabr 2023 18:25

İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra erməni dizayner Aram Nikolyan İctimai Telekanalın baş stilisti vəzifəsindən qovulub və dövlət layihələrindən məhrum edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, bu barədə yerli mediaya müsahibəsində danışıb.

Nikolyan əməlimə görə peşman olmadığını da dilə gətirib.

Xatırladaq ki, aprelin 14-də İrəvandakı İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.

Rəsmi Bakı erməni dizayneri beynəlxalq axtarışa verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun