Cəmil Quliyev xəstəxanaya düşdü

30 Dekabr 2023 17:29

Əməkdar incəsənət xadimi, məşhur kinorejissor Cəmil Quliyevin başına iş gəlib.

Manset.az-ın məlumatına görə, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev yıxılaraq qolunu sındırıb. Xəstəxanaya çatdırılan məşhur rejissorun qoluna gips qoyulub. Hazırda evində müalicəsi davam edir.

Bu barədə məlumatı Cəmil Quliyevin köməkçisi Manset.az-a açıqlamasında təsdiq edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun