Meksikada dəhşətli olay: ölən və yaralananlar var

30 Dekabr 2023 15:26

Meksikanın Sonora şəhərində silahlı hücum nəticəsində 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Sonora prokurorluğu məlumat yayıb.

Məlumata görə, silahlı hücum Meksikanın Kajeme qəsəbəsində bir yığıncaqda baş verib. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu qeyd olunub.

Sonora prokuroru Qustavo Salas Sançes açıqlamasında ölən 6 nəfərdən 5-i barədə həbs qərarı verildiyini bildirib.

Hadisə ilə bağlı istintaq başladılıb. Silahlı hücumun mafiyaarası hesablaşma olduğu ehtimal olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun