Onun FOTOsunu paylaşdığına görə reklam müqaviləsi ləğv edildi

30 Dekabr 2023 13:07

Səudiyyə Ərəbistanının "Laverne" ətir markasının reklamında çəkilən məşhur türk aktrisa Hande Erçel "Superkubok" böhranından sonra sosial media hesabında Atatürkün fotosunu paylaşıb.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, şirkət bu paylaşımdan sonra aktrisa ilə reklam müqaviləsini ləğv etdiyini açıqlayıb.

Aktrisanın həmin paylaşımını təqdim edirik:
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəsmilərinin dünənki "Superkubok" matçında Atatürkün pankartlarının açılmasına icazə verməməsindən sonra "Fənərbağça" və "Qalatasaray" komandaları matça çıxmayıb və klublar Türkiyəyə geri qayıdıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun