Gürcüstanda zəlzələ oldu

30 Dekabr 2023 12:05

Gürcüstanın cənub-şərqində zəlzələ baş verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

Yerli vaxtla saat 08:58-də 4,1 maqnitudalı yeraltı təkanlar Dmanisi şəhərindən 9 kilometr, Tbilisidən 53 kilometr məsafədə qeydə alınıb.

Zəlzələ ocağı 6 kilometr dərinlikdə yerləşib. Dağıntı qeydə alınmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun