Google erməniləri pərişan etdi

30 Dekabr 2023 11:36

Google 2023-cü il üçün xəbərlər mövzusunda ən populyar sorğuların reytinqini tərtib edib.

Milli.Az bildirir ki, ən populyar on mövzuya aşağıdakılar daxildir:

1) İsrail və Fələstin arasında Qəzzada müharibə;

2) "Titan" batiskafının batması;

3) Türkiyə və Suriyada zəlzələlər;

4) "Hilari" qasırğası;

5) "İdalia" qasırğası;

6) "Li" qasırğası;

7) ABŞ-ın Men ştatındakı atışma qurbanların sayına görə (22 nəfər) ABŞ-da il ərzində baş vermiş bütün silahlı zorakılıq halları arasında ən böyüyüdür;

8) ABŞ-ın Neşvil şəhərində məktəbdə 6 nəfərin ölümü ilə nəticələnən atışma;

9) "Chandrayaan-3" - Ay səthinə çatan ilk Hindistan missiyası;

10) Sudanda müharibə.

Maraqlıdır ki, Google-da ən populyar sorğular arasında "Qarabağ" kəlməsi ümumiyyətlə, yoxdur. Bu isə ermənilərin və onların havadarlarının isterik bəyanatlarına, dezinformasiyalarına və propaqandasına rəğmən, Qarabağ mövzusunun qlobal miqyasda maraq doğuran məsələlər arasında olmadığını göstərir.

Qarabağ məsələsi, zatən, tarixə qovuşub. İndi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi gedir. Google, əslində, rəsmi Bakının mövqelərini təsdiqlədi: Azərbaycanla Ermənistan arasındakı problemlər bilavasitə ikitərəfli müzakirələr və danışıqlar müstəvisində həll olunmalıdır.

Orxan Hun
Milli.Az