Türkiyədə 100-dən çox qeyri-qanuni miqrant saxlanıldı

30 Dekabr 2023 10:45

Türkiyənin Balıkesir vilayətində 123 çox qeyri-qanuni miqrant saxlanılıb.

Milli.Az-ın TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə KİV-ləri bildirib.

Balıkəsirdə Edremit körfəzində jandarma qruplarının pilotsuz uçuş aparatlarından (PUA) istifadə etdiyi əməliyyatda 123 qeyri-qanuni mühacir və 2 immiqrant qaçaqmalçılığı şübhəlisi saxlanılıb.

Quru qruplarının da qatıldığı əməliyyatda 32-si asayiş qrupu, 6-sı Jandarma Cinayət Axtarış Qrupu və 3-ü immiqrant qaçaqmalçılığı ilə mübarizə qrupu olmaqla 163 personal iştirak edib.

Komandalar tərəfindən saxlanılan əfqan əsilli 123 qeyri-qanuni mühacir barəsində qanuni tədbir görülüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun